BANK

07 Yanvar

Azərbaycan Mərkəzi Bankında yeni təyinatlar

Fins.az - Azərbaycan Mərkəzi Bankında (AMB) rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib. Mərkəzin verdiyi məlumata görə, Fuad İsayev baş direktor, Ülvin Əliyev isə sədrin müşaviri vəzifələrinə təyin edilib.

Bu dəyişikliklə AMB-də baş direktorların sayı 6-ya, sədrin müşavirlərinin sayı isə 4-ə çatıb.

Fuad İsayev 2005-ci ildən AMB-də fəaliyyət göstərir və təyinata qədər Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsini icra edib. Ülvin Əliyev isə iş fəaliyyətinə 2009-cu ildə turizm sektorunda başlayıb və “Moody International LTD”, “Azercell Telecom” MMC, “PAŞA Bank” ASC kimi qurumlarda çalışıb. O, 2022-ci ildən etibarən AMB-də müxtəlif vəzifələrdə çalışıb və son təyinata qədər Sədrin ofisi departamentinin direktoru olub.