BANK

06 Yanvar

Bank sektorunun xalis mənfəəti 966 milyon manat olub

Azərbaycan bankları 2023-cü ildə 456 milyon manat, 2024-cü ildə isə 610 milyon manat dividend ödənişi həyata keçirib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

AMB-nin qeyd etdiyi kimi, bank sektorunun yüksək mənfəətliyi və güclü kapitallaşma səviyyəsi, sektorda kontr-tsiklik buferin tətbiqini dəstəkləyən əsas amillərdən olub. Cari ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) 18.4% təşkil edib. Eyni dövrdə sektorun məcmu kapitalı 6 milyard manatı keçib və məcmu kapital adekvatlılığı 17.5% olub.