BANK

03 Yanvar

Azərbaycanın Özbəkistana etdiyi pul köçürmələri əhəmiyyətli dərəcədə artıb

Fins.az - 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Özbəkistana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 3,881 milyon ABŞ dolları təşkil edib. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 45,52 faiz, yəni 1,214 milyon dollar artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, ümumi köçürmə həcminin bir faizini Özbəkistana edilən pul köçürmələri təşkil edir. 2023-cü ildə bu göstərici 3,662 milyon ABŞ dolları olmuşdu.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana xarici ölkələrdən edilən ümumi pul köçürmələrinin həcmi 1,654 milyard ABŞ dolları olub.

Bu artım, Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin güclənməsi və iki ölkə arasında maliyyə axınının inkişaf etdiyini göstərir.