BANK

28 Dekabr

AMB-nin 2025-ci ilin pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə də pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

AMB-nin rəsmi məlumatına görə, 2025-ci ilin pul siyasəti qərarları ictimaiyyətə aşağıdakı tarixlərdə təqdim ediləcək:

  • 22 yanvar
  • 12 mart
  • 23 aprel
  • 11 iyun
  • 23 iyul
  • 10 sentyabr
  • 22 oktyabr
  • 10 dekabr

Həmçinin, AMB-nin qərarlarının dördü mətbuat konfransında təqdim ediləcək. Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarında keçiriləcək. Bu konfranslarda, AMB sədri Taleh Kazımov tərəfindən müvafiq açıqlamalar veriləcək.