Fins.az - Avropa Mərkəzi Bankı faiz dərəcələrini növbəti dəfə endirmək üçün daha uzun müddət gözləməyi nəzərdən keçirə bilər.
Bu qərar, avronun dəyər itirməsi və enerji qiymətlərinin artması ilə əlaqədar inflyasiya təzyiqlərinin artması riskindən irəli gəlir. AMB İdarə Heyətinin üzvü Robert Holtsman bu barədə Bloomberg agentliyinə açıqlama verib.
Holtsman bildirib ki, inflyasiyanın qarşısını almaq məqsədilə daha uzun müddət gözlənilməsi ehtimalı var: "Bəzi enerji məhsullarının qiymətləri yenidən artmağa başlayıb. Həmçinin avronun güclü devalvasiyası inflyasiyanın yenidən yüksəlməsinə səbəb ola bilər".
Avstriya Mərkəzi Bankının sədri, faiz artırılmasının yaxın gələcəkdə nəzərdə tutulmadığını da vurğulayıb: "Hazırda faiz dərəcələrinin artırılması ehtimalını görmürəm".
Avropa Mərkəzi Bankı, inflyasiyanın 2%-lik hədəfə yaxınlaşması ilə bağlı faiz dərəcələrinin aşağı salınması ehtimalını davam etdirir. Lakin, ABŞ-ın yeni ticarət siyasətinin iqtisadiyyata təsiri də nəzərə alınacaq. Holtsman, Donald Trampın ticarət tariflərinin iqtisadi artımını ləngitsə də, inflyasiya təzyiqi yaradacağına diqqət çəkib.