TamKart sahiblərinə özəl Yeni il kampaniyasına start verdik. 10 dekabr 2024 – 15 yanvar 2025 tarixlərində müştərilər yeni əldə etdikləri TamKart kredit kartı ilə 20 AZN və daha yuxarı məbləğdə nağdsız ödənişlərdə əlavə 10% keşbek qazanacaqlar.
Kampaniyanın üstünlükləri:
Kampaniya müddətində edilmiş ödənişlərdən dərhal Faydalı Keşbek balansınıza köçürüləcək.
Nağdsız ödənişlərə görə 25 AZN-ə qədər əlavə keşbek qazanmaq imkanı.
Kampaniya şərtləri:
- Kampaniya yalnız yeni əldə edilmiş TamKart kredit kartlarına şamil edilir;
- Minimal əməliyyat məbləği 20 AZN-dir;
- Kampaniya çərçivəsində ləğv edilmiş əməliyyatlar nəzərə alınmır;
- Aktiv TamKart kredit kartını yenisi ilə əvəz edən müştərilər kampaniyada iştirak etmir.
Aşağıdakı əməliyyatlar kampaniyaya daxil deyil:
- Kommunal, mobil operator, vergi/gömrük və dövlət ödənişləri;
- Sığorta və maliyyə institutlarına ödənişlər;
- Kredit ödənişləri, KartTransfer, Unique cash və Quasi cash əməliyyatları;
- Nağdlaşdırma əməliyyatları.
İndi TamKart sifariş edin, bayram alış-verişləriniz daha sərfəli olsun!