BANK

01 Yanvar

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

Bizneslərin etibarlı tərəfdaşı olan ABB-dən kiçik sahibkarlara xoş xəbər var. ABB Biz tətbiqində yeni qeydiyyatdan keçib mobil POS-dan istifadə etməyə başlayan müştərilər illik 9%-dən başlayan faiz dərəcəsi ilə kredit ala bilərlər.

Krediti şərtləri:

  • Məbləğ – 20 000 manatadək
  • Müddət – 48 ayadək
  • Faiz dərəcəsi – 9%-dən başlayaraq
  • Zaminsiz, girovsuz, komissiyasız
  • FİFD – 9% - 20%

Necə əldə etmək olar?

Bu imkandan yararlanmaq üçün müştəri aşağıdakıları etməlidir:

  1. ABB Biz tətbiqinə qoşulmalı;
  2. Mobil POS sifarişini tamamlamalı;
  3. 12 aydan artıq müddətə VÖEN-i və uyğun kredit tarixçəsi mövcud olmalıdır.

Kampaniya 15 yanvar 2025-ci il tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün: *3700

ABB Biz-i yükləyin!