ABB yeni il münasibətilə yeni kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 7%-dək güzəşt qazanacaqlar. Belə ki, digər banklardakı aktiv krediti bağlayaraq ABB-dən kredit əldə edən müştərilər faiz dərəcəsində 5%-dək güzəşt əldə edə bilərlər. ABB-dən istehlak kreditləri üzrə ilk dəfə nağd kredit əldə edən və ya ABB-də son 90 gün ərzində istehlak kreditləri üzrə aktiv nağd krediti olmayan müştərilərə mövcud illik faiz dərəcələrinə 2% əlavə güzəşt ediləcək. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu fürsətdən yararlanaraq 7%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar.
Kreditin şərtləri:
- Məbləğ – 40 000 manatadək
- Müddət – 60 ayadək
- Komissiya – 0%
- Minimal illik faiz dərəcəsi – 10.9%
- Zaminsiz
Kampaniya 06 fevral 2025-ci il tarixinə qədər davam edəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB mobile tətbiqindən, bankın saytından, ABB-nin istənilən filialından almaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial medya səhifələrindən əldə etmək olar.