BANK

27 Dekabr

Azərbaycanda bankomatların və POS-terminalların sayı artıb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunmaqdadır.

Fins.az xəbər verir ki, bu barədə 2024-cü ilin noyabr ayı üzrə Azərbaycan Mərkəzi Bankının Statistik Bülletendə bildirilir.

Keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5% artaraq daha geniş əhali qrupuna xidmət etməyə imkan yaradır.

Eyni zamanda, POS-terminallarının sayı 36,7% artıb ki, bu da ticarət və xidmət sahələrində nağdsız ödənişlərin daha da genişlənməsini təmin edir.

Fuad Mədətov
Fins.az