2024-cü ilin əvvəlindən etibarən ödəniş kartları ilə həyata keçirilən nağdsız ölkədaxili əməliyyatların həcmi, ümumilikdə ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə 2024-cü ilin noyabr ayı üzrə Azərbaycan Mərkəzi Bankının Statistik Bülletendə bildirilir.
Bu göstərici nağdsız ödənişlərin artan populyarlığını və ödəniş kartlarının maliyyə əməliyyatlarında önəmli rol oynadığını göstərir. Nağdsız ödənişlərin genişlənməsi, həmçinin ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına müsbət təsir edir.
Fuad Mədətov
Fins.az