Ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Fins.az xəbər verir ki, bu barədə 2024-cü ilin noyabr ayı üzrə Azərbaycan Mərkəzi Bankının Statistik Bülletendə bildirilir.
2024-ci ilin noyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
Nəticədə, noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 6939 milyon manat olub. Bu ödənişlərin 5978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar vasitəsilə, 3,2 milyon manatı isə özünə xidmət terminalları ilə həyata keçirilib.
Fuad Mədətov
Fins.az