BANK

27 Dekabr

Azərbaycanda biznes kreditlərinin 56%-i iri sahibkarlığa verilib

Bu ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən verilmiş 14,7 milyard manatlıq cəmi biznes kreditlərinin 8,3 milyard manatı və ya 56,2%-i iri sahibkarlıq subyektərinə verilib.

Bu barədə Fins.az Mərkəzi Bankın açıqladığı statistik bülletenə əsasən hesablama aparıb.

Cəmi biznes kreditləri portfelinin 1,8 milyard manatı və ya 12,4%-i orta sahibkarlıq subyektlərinin payına düşüb.

Həmçinin biznes kreditləri portfelinin 1,5 milyard manatı və ya 10,4%-i kiçik sahibkarlıq subyektlərinin, 3,1 milyard manatı və ya 20,9%-i isə mikro sahibkarlıq subyektlərinin payına düşüb.