BANK

20 Mart

FED faiz dərəcələrini açıqladı

Finss.az - ABŞ Mərkəzi Bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) çərşənbə günü çoxlarının diqqətlə izlədiyi iclasda uçot faiz dərəcələrini sabit saxladı, lakin ilin sonuna doğru azalmaların mümkün olduğunu bildirdi.

FED-in pul siyasətini müəyənn edən Federal Açıq Bazar Komitəsi (FOMC) əsas borclanma faizini 4.25%-4.5% diapazonunda saxladı. Bu səviyyə dekabrdan bəri dəyişməz qalır. Bazarlar bu iclasda hər hansı bir faiz dəyişikliyinin baş verəcəyini çox az ehtimal edirdi.

FED-in açıqlamasına görə, cari il və 2027-ci ilə qədər faiz dərəcələri və iqtisadi proqnozlar güncəllənir. Bundan əlavə, FED istiqraz ehtiyatlarını azaltma tempini dəyişdirdi. Prezident Donald Trampın tarif siyasətinin qeyri-müəyyən təsiri fonunda, FED rəsmiləri 2025-ci ilə qədər faiz endiriminin toplam 0.5 faiz bəndi olacağını gözlyəyirlər. FED adətən faiz dərəcələrini 0.25 faiz bəndi ilə dəyişir ki, bu da cari il ərzində iki faiz endirimi deməkdir.

FOMC bəyanatında iqtisadi perspektivin qeyri-müəyyən olduğunu vurğulayaraq, "Komitə ikili mandatına dair risklərə diqqət yetirir" deyə qeyd edib. FED-in əsas məqsədi tam məşgulluğu qorumaq və inflyasiyanı idarə etməkdir.

Komitə iqtisadi artım proqnozlarını aşağı salaraq, inflyasiya gözləntilərini artırdı. 2024-ü il üçün iqtisadi artım proqnozu 1.7% olaraq göstərilir, bu da dekabr proqnozundan 0.4 faiz bəndi azdır. Eyni zamanda, inflyasiya proqnozu 2.8%-ə yüksəldilib ki, bu da öncəki proqnozdan 0.3 faiz bəndi yücəkdir.

FED-in "dot plot" adlanan faiz proqnoz cədvəli göstərir ki, 2025-ci il üçün faiz dərəcələri ilə bağlı nəzər uzunmüdətli perspektivdə 3% civarında qalacaq. Bundan əlavə, FED balansındakı istiqrazları azaltmaq üçün həyata keçirdiyi "kəmiyyət sərtləşdirilməsi" siyasətini yumşaltdı. Bank hər ay 5 milyard dollar dəyərində yetişmiş istiqrazları balansdan çıxarmağa imkan verəcək ki, bu da öncəki 25 milyard dollarlıq limiti ciddi şəkildə azaldır.