BANK

26 Dekabr

ABŞ-ın dörd ən böyük bankı sektorun 44% mənfəətini qazanıb

Fins.az - Aktivlərin və depozitlərin həcminə görə ABŞ-ın dörd ən böyük bankı 2024-cü ilin yanvar-sentyabr aylarında təxminən 88 milyard dollar xalis mənfəət əldə edib.

Beləliklə, “JPMorgan Chase Co.”, “Bank of America Corp.”, “Citigroup Inc.” və “Wells Fargo” ölkənin bütün bank sektorunun mənfəətinin 44%-ni əldə ediblər. Bu, 2015-ci ildən bəri doqquz ay ərzində ən yüksək göstəricidir.

Yeddi aparıcı ABŞ bankı, o cümlədən “U.S. Bancorp”, “PNC Financial Services Group” və “Truist Financial”, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yanvar-sentyabr aylarında bank sektorunda mənfəət həcmini 48%-dən 56%-ə qədər artırıblar.