BANK

26 Dekabr

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri 2,7 milyard manat təşkil edib.

Bu barədə Fins.az Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu, ilin əvvəlinə nəzərən 75,9 milyon manat çoxdur.

Qeyd olunub ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.

Fuad Mədətov
Fins.az