BANK

26 Dekabr

Azərbaycan banklarının kredit portfeli artıb

Bu ilin dekabrın 1-nə bankların kredit portfeli 1,1% və ya 287,6 milyon manat artaraq 27,4 milyard manat olub.

Bu barədə Fins.az Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, hesabat ayında kredit portfelinin strukturunda biznes kreditləri – 53.9% (14,7 milyard manat), istehlak kreditləri – 30.8% (8,4 milyard manat) və ipoteka kreditləri – 15.3% (4,2 milyard manat) təşkil edib.

Sözügedən dövr ərzində cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib (cəmi öhdəliklərin 80.6%-i və ya 35,2 milyon manat).

Depozit portfelinin 60.6%-i (21,3 milyard manat) hüquqi şəxslərin, 39.4%-i (13,8 milyard manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fuad Mədətov
Fins.az