Bu ilin 30 noyabr tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 483, şöbələrinin sayı 88, ATM-lərin sayı 3200 olub.
Bu barədə Fins.az Mərkəzi Banka istinadən xəbər verir.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0,6% və ya 153 nəfər artaraq 25,219 (ilin əvvəlindən 7% və ya 1650 əməkdaş) nəfər təşkil edib.
Qeyd edək ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 50,2 milyard manat, cəmi öhdəlikləri 43,7 milyard manat, balans kapitalı 6,5 milyard manat olub. İlin əvvəlindən bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 2%, 1,3% və 7,2% artıb.