BANK

25 Dekabr

Özbəkistan Azərbaycanın BOKT-lara nəzarət çərçivəsi ilə tanış olub

Özbəkistan Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarət çərçivəsinin öyrənilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) səfərdə olub.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti BOKT-lara nəzarət çərçivəsində yeni qəbul edilmiş qaydalar, biznes modellər, inkişaf dinamikası, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də maliyyə inklüzivliyi üzrə məlumat mübadiləsində iştirak edib.

Özbək nümayəndə heyətinin "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyi, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə görüşü də təşkil olunub. Görüşlərdə BOKT-ların bu təşkilatlarla iş prinsipləri və maliyyələşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verilib.

Fuad Mədətov
Fins.az