BANK

25 Dekabr

Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 540 milyon manatdan çox güzəştli kredit alıb

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 540 milyon manatdan çox kredit verilib.

Fins.az-ın məlumatına görə, bu barədə Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" adlı seminarda çıxış edib. O, bildirib ki, bu kreditlərin 282,2 milyon manatlıq hissəsinə dövlət zəmanəti verilib.

Elşən Kərimov əlavə edib ki, verilən kreditlər müxtəlif sahələrə, o cümlədən tikinti və emal sənayesi kimi sahələrə yönəldilib.