BANK

25 Dekabr

Azərbaycanda problemli kreditlərin həcmi artıb

Bu il dekabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 16.8 milyon manat artaraq 496.6 milyon manata yüksəlib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 13.4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12.8% artıb.

Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Fuad Mədətov
Fins.az