Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 966.5 milyon manat xalis mənfəət əldə edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 3.1% və ya 30.9 milyon manat azdır. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın bank sektoru 997.4 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların faiz gəlirləri 13.3% artaraq 3 milayrd 598.6 milyon manata, əməliyyat mənfəəti isə 1% artaraq 1 535.8 milyon manata bərabər olub.
2024-cü ilin 11 ayında bankların mənfəət vergisi 232.3 mln. manat təşkil edib.
Fuad Mədətov
Fins.az