BANK

25 Dekabr

Bu günədək dövlət xətti ilə 3,3 milyard manatlıq ipoteka krediti verilib

2006-cı ildən etibarən dövlət xətti ilə 52,4 min şəxsə 3,3 milyard manat həcmində ipoteka krediti verilib.

Fins.az-ın məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində məlumat verib.

O qeyd edib ki, bankdaxili ipoteka kreditlərinin həcmi ümumi portfeldə artıq 18,6% təşkil edir:

"1,2 milyard manat həcmində 12 minə yaxın vətəndaş bankdaxili ipoteka kreditlərindən faydalanıb. Ümumilikdə, ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi 4,5 milyard manatdır."