2018-ci ildən etibarən 4,802 şəxsə 233,1 milyon manat həcmində güzəştli ipoteka krediti verilib.
Fins.az-ın məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində məlumat verib.
O qeyd edib ki, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditlərinin bir hissəsi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus sosial mənzillərin alınmasına yönəldilib:
"Ümumilikdə, 2018-ci ildən etibarən 4,802 şəxsə 233,1 milyon manat həcmində güzəştli ipoteka krediti, 83 şəxsə isə 3,6 milyon manat məbləğində adi ipoteka krediti verilib. MİDA-nın sərəncamında olan mənzillərin 70%-dən çoxunun satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib."