2018-ci ildən indiyədək zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin ümumi həcmi 98,8 milyon manat təşkil edir.
Fins.az-ın məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev fondun media üçün təşkil etdiyi təlimdə məlumat verib.
O bildirib ki, verilmiş kreditlərin ümumi həcmi üzrə güzəştli ipoteka kreditləri 32%-ni təşkil edir:
"Verilmiş kreditlərin ümumi həcmində gənclərə və gənc ailələrə verilən kreditlərin payı isə 70%-ə yaxındır. Hazırda regionlarda verilmiş kreditlərin həcmi isə 18%-dir.
Fondun ipoteka kreditləri üzrə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və kreditlərin əlçatanlığının artırılması məqsədilə 2018-ci ildən tətbiq etdiyi zəmanət mexanizmi nəticəsində artıq 11 region üzrə 1,134 vətəndaş zəmanətli ipoteka kreditlərindən faydalanıb."
Zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin ümumi həcmi isə 98,8 milyon manatdır.
Fuad Mədətov
Fins.az