İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) yarandığı 2017-ci ildən etibarən kapital bazarlarına təqribən 3 milyard manata yaxın vəsait cəlb edib.
Fins.az-ın məlumatına görə, bu barədə İKZF-nin İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov açıqlama verib.
"Azərbaycanda kapital bazarlarının inkişafında İpoteka və Kredit Zəmanəti Fondunun töhfəsi əvəzsizdir. Bu illər ərzində fond tərəfindən kapital bazarlarına təxminən 3 milyard manat vəsait yönəldilib. Hazırda fondun istiqrazlarının həcmi 2 milyard manatdan artıqdır.
Fondun nizamnamə kapitalı əsasən dövlət büdcəsi hesabına formalaşdırılıb və bu günə olan məbləğ 1,78 milyard manata yaxındır. Eyni zamanda, fond yüksək kapitallaşma səviyyəsinə malikdir və kapitalın aktivlərə nisbəti 33,4 faiz təşkil edir," - deyə İlham Kələşov bildirib.
Fuad Mədətov
Fins.az