BANK

20 Mart

Azərbaycanın maliyyə sektorunda bankların payı 96,8%-ə yaxınlaşıb

2024-cü ilin sonuna Azərbaycanın maliyyə sisteminin aktivləri 68,6 milyard manat təşkil edib.

Finans.az xəbər verir ki, ümumi sektor üzrə kredit təşkilatları maliyyə aktivlərinin 96,8%-nə (66,3 milyard manat) sahib olub.

Bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi maliyyə aktivlərində 19,5%-lik yüksək paya malik olmasının əsas səbəbi, Azərbaycan Beynəlxalq Bankının toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-yə ötürülməsi ilə bağlıdır. Bu toksik aktivlər nəzərə alınmasa, "Aqrarkredit" QSC-nin maliyyə sistemində payı cəmi 1,6%-dir.

Sığorta sektorunun maliyyə sistemindəki payı 3%, investisiya şirkətlərinin (idarəetmədə olan aktivlər istisna olmaqla) isə 0,2% təşkil edib.

Maliyyə sektorunun cəmi aktivləri "Aqrarkredit" QSC-nin aktivləri istisna olmaqla 51,9 milyard manatdır. Bunun 94,8%-i (49,2 milyard manat) bank sektoruna məxsusdur.

Bu göstəricilər Azərbaycanın maliyyə sistemində bank sektorunun hələ də dominant mövqedə olduğunu, bank olmayan kredit təşkilatlarının isə struktur dəyişiklikləri və spesifik faktorlar səbəbindən yüksək paya malik olduğunu göstərir.