BANK

23 Dekabr

Moldova 2025-ci ildən etibarən əsas valyuta kimi avroya keçəcək

Fins.az - Moldova 2025-ci ilin yanvarından etibarən rəsmi məzənnə kursunu təyin etmək üçün əsas valyuta olaraq avroya keçəcək.

Bu barədə Moldova Respublikasının Milli Bankının (NBM) sədri Anka Draqu məlumat verib.

Draqunun sözlərinə görə, bu addım ölkə iqtisadiyyatı üçün əhəmiyyətli üstünlüklər təmin edəcək. O, həmçinin bildirib ki, valyuta mübadiləsi əməliyyatlarından əldə edilən fayda 10 milyon avrodan çox ola bilər. Bu, daxili bazarda avronun likvidliyinin artırılması və valyutalar arasındakı alış və satış kursu fərqinin azaldılması nəticəsində mümkün olacaq.

"2 yanvar tarixindən etibarən biz Moldova leyinin rəsmi məzənnəsini və NBM-in ehtiyatlarını təyin etmək üçün əsas valyuta kimi avroya keçəcəyik", – deyə Draqu bildirib.

Bu dəyişiklik, Moldova iqtisadiyyatı üçün daha stabil bir maliyyə mühiti yaratmaq və beynəlxalq ticarət əməliyyatlarını asanlaşdırmaq məqsədini güdür.