BANK

23 Dekabr

Azərbaycan və Qazaxıstan arasında investisiya layihələrinin həcmi açıqlanıb

2024-cü ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiyaların həcmi 65 milyon ABŞ dolları, qarşılıqlı investisiya layihələrinin sayı isə beş olub.

Fins.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) məlumatında bildirilib.

Məlumata əsasən, yuxarıda göstərilən məbləğin səkkiz milyon dolları (iki layihə) Qazaxıstanın Azərbaycana, 57 milyon dolları (üç layihə) isə Azərbaycana məxsus investisiyadır.

Qeyd edək ki, AİB yeddi milyard dollar nizamnamə kapitalına malik, çoxtərəfli inkişaf bankıdır və investisiya fəaliyyəti vasitəsilə üzv dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına dəstək verir.

AİB-in kredit və investisiya fəaliyyətinin əsas maliyyə mənbəyi kapital bazarlarından cəlb edilmiş uzunmüddətli borclar və bankın öz vəsaitləridir.

Fuad Mədətov
Fins.az