BANK

12 Mart

Sahibkarlara 3,3 milyard manat güzəştli kredit verilib

Finss.az - Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən indiyədək 52 mindən çox sahibkar güzəştli kredit mexanizmlərindən faydalanıb.

Bu barədə SİF-ın İdarə Heyəti sədrinin müvaini Eldar Həmidov 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində və fərqli iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlara verilmiş güzəştli kreditlərin ümumi həcmi 3,3 milyard manatdan çoxdur.

"Biz hər il daha çox sahibkarın dövlət güzəştli kreditlərindən yararlanması üçün çalışırıq. Təsadüfi deyil ki, 2024-cü ildə Fond tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7% artaraq 7 222-yə çatıb. Verilmiş kreditlərin məbləği isə 28% artaraq 248 milyon manat olub," - deyə Eldar Həmidov qeyd edib.