BANK

17 Dekabr

Tramp: "SoftBank" ABŞ-a 100 milyard dollar sərmayə qoyacaq

Fins.az - ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yaponiyada yerləşən "SoftBank"-ın yaxın 4 ildə ABŞ-a 100 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

2025-ci il yanvarın 20-də prezidentliyə başlayacaq Tramp "SoftBank Group"-un Baş İcraçı Direktoru (CEO) Masayoşi Son ilə görüşündən sonra Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransı keçirib.

"SoftBank Group"-un baş direktoru Masayoshi Son ilə çox məhsuldar görüş keçirdiklərini ifadə edən Tramp, - "SoftBank-ın Amerikaya 100 milyard dollar sərmayə qoyacağını və ən az 100 min amerikalıya iş imkanı təmin edəcəyini bildirməkdən çox həyəcanlıyam" - dedi.

Sözügedən sərmayənin Masayoşi Sonun seçkidən sonra ABŞ-ın iqtisadi inkişafına inanmasından qaynaqlandığını ifadə edən Tramp, bir çox başqa investorun da böyük məbləğdə sərmayə ilə gəldiyini qeyd edib.

"SoftBank Group"-un baş icraçı direktoru Masayoşi Son da - “Trampın qələbəsi ilə ABŞ iqtisadiyyatına olan inamım böyük dərəcədə artdı” - şərhini verib.