BANK

11 Mart

2025-ci ildə ödəniş kartlarının sayı 19,9 milyon ədədi ötüb

Finss.az - 2025-ci ilin yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 19,9 milyon ədəd təşkil edib. Bu kartların 80%-i təmassız ödənişləri dəstəkləyir. 2023-cü illə müqayisədə ödəniş kartlarının sayı 17,6% artıb, təmassız kartların sayı isə 23,5% artıb.

Ödəniş kartlarının 89%-i debet kartları, 11%-i kredit kartları olub. Eyni zamanda virtual kartların sayı 22,8% artaraq 1,9 milyon ədədə çatıb.

2024-cü ildə ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 122,9 milyard manat, nağdsız ödənişlərin həcmi isə 61% artaraq 78,9 milyard manat olub. Elektron ticarət əməliyyatlarının sayı 83% artaraq 1,003.4 milyon ədəd, həcmi isə 70% artaraq 66,5 milyard manat olub.

POS-terminallar vasitəsilə aparılan əməliyyatlar da artıb. Onların sayının 1% artması, token əməliyyatlarının həcminin 3,9% artmasına səbəb olub. Təmassız ödənişlərin sayı isə 49,6% artaraq 599,8 milyon ədəd təşkil edib.

Zemfira Ms
Finss.az