Finss.az - 2024-cü il ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatorya müvafiq lisenziyalar verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda məlumat verilib.
Təşkilatlar tərəfindən təqdim olunan məlumatlara əsasən, elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının illik həcmi 60,5 milyard manat olub. Bunlardan 25,8 milyard manat-ı elektron pul emissiyası və elektron pul ilə əməliyyatların həcmini təşkil edib.
2024-cü il ərzində, elektron pul və ödəniş təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb edilib, həmçinin 3 ödəniş təşkilatı və 4 elektron pul təşkilatına ümumilikdə 8 icrası məcburi göstəriş verilib.
Zemfira Ms
Finss.az