BANK

17 Dekabr

AMB üç kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqının lisenziyasını ləğv edib.

Bu barədə Fins.az AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, bunlar "Amin Kredit İttifaqı", "Abbas Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı"dır.

Qeyd edək ki, bununla da Azərbaycanda lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya enib.

Fuad Mədətov
Fins.az