Fins.az - 2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmi 15 910,3 milyon manat təşkil edib.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalma göstərir.
İnvestisiyaların strukturu üzrə, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 9,0 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,1 faiz azalmışdır.
İstifadə olunmuş investisiyanın 51,2 faizi məhsul istehsalı sahələrinə, 35,3 faizi xidmət sahələrinə və 13,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş investisiyaların 82,1 faizi daxili investisiyalarla maliyyələşib.
Eyni zamanda, əsas kapitala yönəldilmiş investisiyaların 71,9 faizi tikinti və quraşdırma işlərinə sərf edilib.