BANK

13 Dekabr

Hollandiya bankları xalqa evdə nağd pul saxlamağı tövsiyə edir

Hollandiya Bank Assosiasiyası, artan geosiyasi təhlükələr və kiber hücumlar fonunda, əhaliyə evdə nağd pul saxlamağı tövsiyə etməyə hazırlaşır.

Fins.az xəbər verir ki, Milad bayramı sonrası keçiriləcək toplantıda, banklar ödəniş infrastrukturundakı problemləri müzakirə edəcək və əhaliyə hansı miqdarda və hansı valyutada nağd pula ehtiyac olacağı barədə təkliflər veriləcək. Eyni zamanda, Hollandiya Sığortaçılar Assosiasiyası evdə böyük miqdarda nağd pul saxlamağın risklərindən xəbərdarlıq edib.

Hollandiya Müdafiə Naziri Ruben Brekelmans, ölkənin Rusiya təhdidinə qarşı hazırlığını təmin etmək məqsədilə xalqın hər zaman müəyyən miqdarda nağd pul saxlamalı olduğunu vurğulamış, lakin evdə çox pul saxlamağın oğurluq riskini artıracağına diqqət çəkib.