BANK

12 Dekabr

ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb

Asiya İnkişaf Bankı (ADB), Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr ayı ilə müqayisədə bir az endirərək 6.9%-dən 6.8%-ə salıb. Bankın 2025-ci il üçün inflyasiya proqnozu isə 6.2% olaraq qalır.

Fins.az bu barədə ADB-yə istinadən xəbər verir.

Inflyasiya proqnozunun azaldılmasında Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistan kimi ölkələrdə müşahidə olunan aşağı inflyasiya təsir edib. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında hər hansı bir dəyişiklik olmayıb.

ADB-nin sentyabr ayında verdiyi məlumata görə, Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1%, 2025-ci il üçün isə 3,8% olacağı proqnozlaşdırılır.

Fuad Mədətov
Fins.az