BANK

12 Dekabr

Neft-qaz ixracı 16,9 milyard dollar artıb, qeyri-neft ixracı isə 0,3% azalıb - AMB

Cari ilin 9 ayında əmtəə ixracı 11,7% azalaraq 19,3 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 16,9 milyard dollar olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ixrac olunmuş neft-qaz məhsullarının (16,9 milyard dollar) 11,6 milyard dolları xam neftin, 4,9 milyard dolları təbii qazın, 0,4 milyard dolları isə neft emalı məhsullarının payına düşür.

2024-cü ilin 9 ayı üzrə qeyri neft-qaz ixracı 0,3% azalaraq 2,4 milyard dollar olub.

Fuad Mədətov
Fins.az