BANK

11 Dekabr

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

Bizneslərin etibarlı tərəfdaşı olan ABB-dən kiçik sahibkarlara xoş xəbər var. Bank onlar üçün yeni kampaniya elan edib. ABB Biz tətbiqində yeni qeydiyyatdan keçib Mobil POS-dan istifadə etməyə başlayan müştərilər illik 9%-dən başlayan illik faiz dərəcəsi ilə 20 000 manatadək kredit ala bilərlər.

Bu barədə Fins.az-a bankdan məlumat verilib. 

Kampaniyanın şərtləri:

  • Məbləğ – 20 000 manatadək
  • Müddət – 48 ayadək
  • Faiz dərəcəsi – 9%-dən başlayaraq
  • Zaminsiz, girovsuz, komissiyasız
  • FİFD – 9% - 20%
  • Mobil POS pulsuz və komissiyasız verilir.
     

Bu imkandan yararlanmaq üçün müştəri: ABB Biz tətbiqinə qoşulmalı, Mobil POS sifarişini tamamlamalı, 12 aydan artıq müddətə VÖEN-i, uyğun kredit tarixçəsi mövcud olmalıdır.

ABB Biz Bankın kiçik sahibkarların işini yüngülləşdirmək üçün yaratdığı maliyyə həllidir. Fərdi sahibkarlar ABB Biz tətbiqində qeydiyyatdan keçib hesab aça, debet kartı sifariş edə, sərfəli şərtlərlə və əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər.

ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən - depozitsiz mobil POS terminaldan istifadə imkanı yaradır. Bundan başqa, tətbiqlə QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər aparmaq, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul etmək olar.

“E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək də mümkündür.

ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir.

Tətbiqi buradan yükləyə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Zemfira Ms
Fins.az