Tenderin adı: Quba filialının mikro kredit ofisinin təmir işləri
Tenderin elan tarixi: 04.03.2025
Tenderin son tarixi: 12.03.2025, saat 12:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu)
- Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun)
- Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
- İşin icra müddəti qeyd edilməsi mütləqdir
- Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli və lisenziyası
- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Material, avadanlıqların markası, modeli, istehsalçı ölkəsi təklifdə qeyd olunsun.
- Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
- Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə //rbt.az/tndr23 keçid edərək əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa, [email protected] və [email protected] elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.