BANK

04 Mart

AYİB: Özəl sektor və innovasiyalar iqtisadi artımın açarıdır

Finss.az - Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-2030-cu illəri əhatə edən yeni strategiyanı təsdiqləyib.

Strategiya, iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” enerjinin inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiyanı dəstəkləməyə yönələcək. AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Natali Mouravidze, bankın yeni strategiyasının əsas prioritetlərini və qeyri-resurs sektorunun maliyyələşdirilməsini müzakirə edib.

N. Mouravidze qeyd edib ki, AYİB Azərbaycanla əməkdaşlıqda iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” enerji və özəl sektorun inkişafına xüsusi önəm verir. O, həmçinin, Azərbaycanda bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi və normativ-hüquqi bazanın inkişafı istiqamətində AYİB-in fəal iştirak etdiyini vurğulayıb.

Bank, “Qaradağ”, “Xızı-Abşeron” və digər bərpaolunan enerji layihələrini dəstəkləyərək, Azərbaycanın 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı planlaşdırır.