2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə bildirib.
O, qeyd edib ki, kapital repatriasiyası isə 4,8 milyard dollar təşkil edib. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə 1,4 milyard ABŞ dollarına (2023-cü ilin eyni dövründə 998 milyon dollar) bərabər olub.
Samir Nəsirov əlavə edib ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 milyon dollar, Türkiyəyə 175 milyon dollar, Gürcüstana 96 milyon dollar, Birləşmiş Krallığa 87 milyon dollar və Özbəkistana 78 milyon dollar təşkil edib.
Fuad Mədətov
Fins.az