BANK

11 Dekabr

Tədiyyə balansının ehtiyat aktivləri artıb

2024-cü ilin 9 ayı ərzində tədiyyə balansının ehtiyat aktivləri 182 milyon dollar artıb.

Fins.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib.

O, ötən ilin eyni dövründə bu rəqəmin 6,4 milyard dollar olduğunu vurğulayıb.

Bundan əlavə, hesabat dövründə tədiyyə balansı üzrə xalis səhvlər və buraxılışlar 200 milyon dollar həcmində olub.

Fuad Mədətov
Fins.az