BANK

11 Dekabr

AMB: Neft-qaz sektorunda 11,1 milyard dollarlıq profisit yaranıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında təxminən 4 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində açıqlama verib.

Samir Nəsirovun sözlərinə görə:

  • Cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2 faiz təşkil edib.
  • Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabında 11,1 milyard dollar profisit yaranıb.
  • Qeyri-neft sektoru üzrə isə 7,1 milyard dollar məbləğində kəsir müşahidə olunub.

Bu göstəricilər Azərbaycanın xarici iqtisadi əməliyyatlarının sektorlar üzrə balansını və ölkənin tədiyyə balansındakı ümumi vəziyyəti əks etdirir.

Fuad Mədətov
Fins.az