BANK

04 Mart

İşğaldan azad edilmiş ərazilərdə 23,4 milyon manatlıq kreditə dövlət zəmanəti verildi

Sahibkarlığın İnkişafı Fondu 1 fevral 2024-cü il tarixindən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarları zəmanət və subsidiya mexanizmi ilə dəstəkləyir.

Finss.az fondun məlumatına əsasən xəbər verir ki, ötən il ərzində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib.

Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib.