BANK

03 Mart

İpoteka şərtlərinə yenidən baxılmasını təklif edilib

Finss.az - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2024-cü il üzrə Milli Məclisdəki məruzəsində ipoteka şərtlərinin yenidən nəzərdən keçirilməsini təklif edib.

Məruzədə vurğulanıb ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə, real bazar qiymətləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınaraq güzəştli ipoteka kreditinin şərtləri dəyişdirilməlidir.

Ombudsman güzəştli ipoteka kreditinin maksimal məbləğinin artırılmasını, ilkin ödənişin minimuma endirilməsini, kredit müddətinin uzadılmasını və faiz dərəcələrinin endirilməsini təklif edir. Bundan əlavə, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi vacib hesab olunur.

Məruzədə həmçinin Bakı şəhərində və rayon mərkəzlərində, eləcə də bəzi qəsəbələrdə yerləşən, ötən əsrin əvvəllərində və ortalarında tikilmiş binaların vəziyyəti barədə məlumat verilib. Bu binaların uzun illər təmir-bərpa işləri aparılmadığı, istismar müddətini keçdiyi və bəzi hallarda qəzalı vəziyyətə düşdüyü qeyd edilib. Ombudsman, bu mənzillərdə yaşayan sakinlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə yeni mənzillərə köçürülməsi ilə bağlı pilot layihələrin davam etdirilməsini tövsiyə edib.

Bu dəyişikliklərin həyata keçirilməsi, mənzil təminatı sahəsində ciddi irəliləyişlərə və əhalinin yaşayış şəraitinin yaxşılaşmasına səbəb ola bilər.

 

© oxu.az