Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) "Baku Pay" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Bu barədə AMB-ı məlumat yayıb. Lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. AMB-nin bəyanatına görə, hal-hazırda ödəniş xidmətləri göstərmək üçün lisenziya almaq üçün müraciət edən digər təşkilatların qiymətləndirilməsi prosesi davam edir.
Eyni zamanda, AMB bundan əvvəl 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı lisenziyası verib. Ayrıca, “AzəriCard” MMC-yə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziya da verilib. Beləliklə, hazırda bu sahədə lisenziya verilmiş təşkilatların sayı 24-ə çatıb.
Bu addım, ölkənin ödəniş sistemləri sahəsinin inkişafına və rəqəmsal ödənişlərin genişlənməsinə mühüm töhfə verəcək.