BANK

27 Fevral

Regionlar üzrə əmanətlərin həcmi 14,7 milyard manata çatıb

Finss.az - 2024-cü ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 14,7 milyard manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, ən çox əmanət Bakı iqtisadi rayonuna aiddir – 13 milyard manat. Ən az əmanət isə 503 min manatla Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.

Regionlar arasında ikinci yerdə Abşeron-Xızı iqtisadi rayonu (520,8 milyon manat), üçüncü yerdə isə Gəncə-Daşkəsən iqtisadi rayonu (235,2 milyon manat) qərarlaşıb.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısı:

Regionlar üzrə cəlb olunmuş əmanətlər

Regionların adı

Cəmi (min manat)

Orta % dərəcəsi

Bakı iqtisadi rayonu

12,977,758

4.36%

Abşeron-Xızı iqtisadi rayonu

520,788

6.29%

Gəncə-Daşkəsən iqtisadi rayonu

235,177

6.15%

Quba-Xaçmaz iqtisadi rayonu

138,748

5.59%

Lənkəran-Astara iqtisadi rayonu

131,786

5.36%

Şəki-Zaqatala iqtisadi rayonu

126,492

4.65%

Mərkəzi Aran iqtisadi rayonu

123,797

5.53%

Qazax-Tovuz iqtisadi rayonu

110,475

6.02%

Qarabağ iqtisadi rayonu

91,826

4.87%

Naxçıvan iqtisadi rayonu

74,278

3.74%

Şirvan-Salyan iqtisadi rayonu

71,004

4.33%

Mil-Muğan iqtisadi rayonu

52,310

3.51%

Dağlıq Şirvan iqtisadi rayonu

43,713

5.35%

Şərqi Zəngəzur iqtisadi rayonu

503

2.70%

Cəmi

14,698,654

4.50%

Zemfira Ms
Finss.az