Fins.az - Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadiyyat və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən iclasında çıxış edib.
Geosiyasi mühitin sürətlə dəyişdiyinə diqqət çəkən Laqard, "İqtisadi modelimizdə mühüm struktur problemlərlə qarşılaşırıq" - dedi.
Laqard, Avropanın sürətli və cəsarətli hərəkət etməli olduğuna diqqət çəkərək, investisiyaların təşviqinə, innovasiyaların dəstəklənməsinə və məhsuldarlığın artırılmasına diqqət yetirməyin vacibliyini vurğuladı.
Avrozonanın 5 rüb durğunluqdan sonra bu ilin ilk yarısında mülayim iqtisadi artım nümayiş etdirdiyini xatırladan Laqard, real artımın böyük ölçüdə ixrac və dövlət xərcləri ilə bağlı olduğunu bildirib.
"Daxili özəl tələb iqtisadi siyasətdəki qeyri-müəyyənlik və keçmiş pul-kredit siyasətinin sərtləşdirilməsinin təsirləri səbəbindən zəif olaraq qaldı" - Laqard bildirib.
Xidmət sektorunda böyümənin yavaşlaması və istehsalda davam edən daralma səbəbiylə qısamüddətli dövrdə iqtisadi böyümənin daha zəif olacağını qeyd edən Laqard, Avrozonada iqtisadi canlanmanın gələcəkdə daha da sürətlənə biləcəyini ifadə etdi.
Laqard bildirib ki, real gəlirlər artdıqca istehlak xərclərinin artacağı və keçmiş monetar siyasətinin sərtləşdirilməsinin təsiri azaldıqca investisiyaların bərpası gözlənilir.
Geosiyasi risk xəbərdarlığı
“Ortamüddətli iqtisadi perspektiv qeyri-müəyyəndir və aşağı yönlü risklər üstünlük təşkil edir” - deyən Laqard, geosiyasi risklərin və beynəlxalq ticarətə təhdidlərin artdığını qeyd edib.
Avrozonada inflyasiyanın noyabrda 2.3% artdığını xatırladan ECB sədri, - “Əvvəlki aylardakı iqtisadi yavaşlamanın ardınca, son iki aydakı artım əsasən enerji qiymətlərindəki enişin mülayim olması və ərzaq inflyasiyasındakı artımdan qaynaqlandı” - deyə əlavə edib.
Keçmişdə enerji qiymətlərindəki kəskin enişlərin inflyasiyaya təsirinin azalacağını ifadə edən Laqard, bu ilin son rübündə inflyasiyanın müvəqqəti olaraq artacağının gözləndiyini bildirib.
Laqard, ECB-nin iyun və sentyabrdan sonra oktyabr ayında da faiz dərəcələrini 25 baza bəndi aşağı saldığını xatırladıb.
İnflyasiyanın azaldılması prosesinin yaxşı irəlilədiyini ifadə edən Laqard, - "Gələn həftə məlumatlara əsaslanan və konsensusa əsaslanan yanaşmamızı təqib edərək mövqeyimizi yenidən nəzərdən keçirəcəyik. Bu səbəbdən konkret hər hansı bir faizlə bağlı əvvəlcədən öhdəlik götürmürük" - deyib.
Laqard vurğulayıb ki, maliyyə siyasəti Avropanın yaşıl və rəqəmsal transformasiya, iqtisadiyyat, təhlükəsizlik və müdafiə kimi müxtəlif sahələrdə üzləşdiyi problemlərin aradan qaldırılmasında çox vacibdir.
Avropanın öz potensialından geri qaldığını bildirən Laqard, - “Çağırışlar bizdən Aİ-nin strateji investisiya ehtiyaclarının ödənilməsindəki rolumuzu yenidən nəzərdən keçirməyi tələb edir” - vurğulayıb.
"Aİ-nin dəqiq müəyyən edilmiş birgə investisiyaları potensial artımı sürətləndirəcək və makroiqtisadi sabitliyə töhfə verəcək" - xanım Laqard bildirib.
Birgə investisiyaların islahat səyləri ilə müşayiət olunmasının vacibliyini vurğulayan sədr, Aİ daxilində kapital bazarları birliyinin tamamlanmasının və "Vahid Bazar"ın dərinləşdirilməsinin faydalı olacağını söyləyib.