Fins.az - FED sədri Cerom Pavel, “New York Times”-ın “DealBook Summit”-də etdiyi çıxışında ABŞ iqtisadiyyatının çox yaxşı vəziyyətdə olduğunu ifadə edərək, - "İqtisadiyyat və pul siyasəti haqqında özümü yaxşı hiss edirik" - deyə bildirib.
Faiz dərəcələri ilə bağlı çox sürətli hərəkət etdiklərini ifadə edən Pavel, işsizlik səviyyəsinin hələ də aşağı səviyyədə olduğunu və inflyasiyanın 2%-lik hədəfə düşməməsinə baxmayaraq, bu mövzuda irəliləyiş əldə etdiklərini bildirib.
Pavel sentyabr ayında faiz dərəcəsinin aşağı salınmasının əmək bazarını dəstəkləmək üçün güclü bir siqnal olduğunu ifadə edib.
FED-in müstəqilliyinin əhəmiyyətinə diqqət çəkən Pavel, Tramp idarəçiliyində FED-in müstəqilliyi ilə bağlı heç bir narahatlığının olmadığını ifadə edərək, - "Mən qəti olaraq “kölgə” FED sədrinin təyin edilməsinin masada olduğunu düşünmürəm. FED və ABŞ Maliyyə Nazirliyi arasındakı əlaqələr Tramp dövründə də davam edəcək” - deyə qeyd edib.
FED-in növbəti iclası dekabrın 17-18-də baş tutacaq. Qurumun yaxından təqib etdiyi inflyasiya göstəricisi oktyabr ayında sürətlənərək mart ayından bu yana ən yüksək səviyyəyə çatması, FED-in faiz endirimlərində ehtiyatlı davranacağına dair gözləntiləri artırdı.