BANK

27 Fevral

Şərqi Zəngəzurdan 503 min manat əmanət cəlb olunub

Finss.az - Mərkəzi Bankın məlumatına görə bu ilin fevral ayının 1-nə kimi Şərqi Zəngəzur iqtisadi rayonundan 503 min manat əmanət cəlb edilib. Orta faiz dərəcəsi 2,70% təşkil edib. Əmanətlər əvvəlki aya nisbətən 16,2% artaraq 70 min manat yüksəlib.

Qarabağ iqtisadi rayonundan isə 91,8 milyon manat əmanət cəlb olunub ki, bu da ötən ayla müqayisədə 3,6 milyon manat (4,1%) çoxdur. Burada orta faiz dərəcəsi 4,87% olub.

Ümumilikdə, fevralın 1-nə Azərbaycanda regionlar üzrə əmanətlərin həcmi 14,7 milyard manata çatıb.

Zemfira Ms
Finss.az